SON DƏQİQƏ: Naxçıvana uçuşlar dayandırıldı
27 Fevral 2020 14:00 SosialTürk Hava Yolları Naxçıvan Muxtar Republikasına uçuşları dayandırıb.
Publika.az TRT-yə istinadən xəbər verir ki, şirkətin İdarə Heyətinin sədri İlkər Aycı koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində verilən bu qərarın müvəqqəti olduğunu bildirib.
"Naxçıvana uçuşlarımızı müvəqqəti olaraq dayandırdıq. Bakı, Gəncə və digər yerlərə uçuşlarımız davam edir", - sədr qeyd edib.
Bundan başqa, Türk Hava Yollarının Cənubi Koreyanın paytaxtı Seula nəzərdə tutulan aviareysləri azaldılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31