Yüksək dağlıq ərazilərdə qarölçmə işləri aparılır (FOTO)

Yüksək dağlıq ərazilərdə qarölçmə işləri aparılır (FOTO)

Ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi, su resurslarının qiymətləndirilməsi məqsədilə Milli Hidrometeorologiya Departamentinin mütəxəssisləri tərəfindən Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində qarölçmə işlərinin aparılmasına başlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Olaylar.az-a verilən məlumata görə, hazırda ekspedisiya üzvləri tərəfindən qarölçmə işləri Balakən-Zaqatala, Qax-Şəki, Oğuz-Qəbələ, Quba-Qusar, Daşkəsən-Gədəbəy-Göygöl istiqamətlərində 23 marşrut üzrə 4 qrup tərəfindən həyata keçirilir, qar örtüyünün hündürlüyü, çəkisi, sıxlığı və sululuğu təyin olunur.

Qeyd edək ki, qar suları yaz-yay gursululuq dövründə respublikanın əksər çaylarının həm səth, həm də yeraltı qida mənbələrini formalaşdırır.Buna görə respublikanın Şəmkir, Mingəçevir, Araz və s. su anbarlarında gözlənilən sululuğa uyğun tənzimləmə işlərinin aparılması üçün gursululuq axımı proqnozu tərtib edilir.

Bu növ proqnozlar müvafiq təşkilatlar tərəfindən sudan istifadənin düzgün planlaşdırılma məqsədilə digər çaylar üçün də tərtib edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31