Məktəblilərə siqaret satanlar cərimələndi

Səbail rayonu ərazisindəki 2 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Səbail rayonu ərazisindəki 2 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi və Səbail RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 2 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib. Həmin mağazaların satıcıları - D.Əhmədov və Ş.Şəfiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31