Evlərdən oğurluq edən şəxslər ələ keçiblər

Evlərdən oğurluq edən şəxslər ələ keçiblər

Sabunçu rayonu ərazisindəki 2 evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər yaxalanıblar. DİN-dən "Olaylar"a verilən məlumata görə, Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən 55 metr elektrik naqili, 800 manat pul və 800 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri H.Abdulmanafov və əvvəllər məhkum olunmuş S.Səmədov saxlanılmışlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31