Sahil qəsəbəsində silsilə oğurluqla məşğul olan şəxs tutulub
Sahil qəsəbəsində silsilə oğurluqla məşğul olan şəxs tutulub
26 Fevral 2020 15:57 SosialPaytaxtın Sahil qəsəbəsində silsilə oğurluqla məşğul olan şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sahil qəsəbəsindəki istinad divarlarının işıqlandırılması üçün istifadə edilmiş Bakı şəhər elektrik şəbəkəsinə məxsus 170 metr elektrik naqilini və 5 həyətyanı sahədən su qızdırıcısı, elektik naqili və inşaat materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Cavadzadə saxlanılmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31