Dərman vasitələrinin qeydiyyatının yeni qaydaları müzakirə edilib

Nazirlər Kabinetinin 2019-cu il dekabrın 25-də verdiyi qərarlarla “Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası” və “Dərman vasitələrinin farmakonəzarət Qaydası” təsdiq edilib

Nazirlər Kabinetinin 2019-cu il dekabrın 25-də verdiyi qərarlarla "Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası" və "Dərman vasitələrinin farmakonəzarət Qaydası" təsdiq edilib. Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən "Olaylar"a bildirilib ki, hər iki qaydanın yenilikləri, fərqli aspektləri və bir sıra məqamlarını aydınlaşdırmaq və maarifləndirmə işləri aparmaq məqsədilə Analitik Ekspertiza Mərkəzində dərman vasitələrinin qeydiyyatı ilə məşğul olan şirkətlər və distribüterlər üçün iclas keçirilib. Qurumun qeydiyyat-ekspertiza və farmakonəzarət şöbələrinin mütəxəssisləri həmin məsələlərlə əlaqədar bir sıra məqamları izah edib və yeni qaydaların tətbiqi sahəsində yaranan sualları cavablandırıblar. Tətbiq edilən yeniliklərlə əlaqədar müzakirələr aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31