BMU-da informatika fənni üzrə “Respublika fənn olimpiadası”nın yarımfinal turu keçirilib
BMU-da informatika fənni üzrə “Respublika fənn olimpiadası”nın yarımfinal turu keçirilib
26 Fevral 2020 11:36 SosialBakı Mühəndislik Universitetində (BMU) informatika fənni üzrə "Respublika fənn olimpiadası"nın aşağı yaş qrupu üzrə yarımfinal turu keçirilib. Olaylar.az bildirir ki, müsabiqədə ümumtəhsil məktəblərindən 82 şagird (IX sinif) iştirak edib.
Müsabiqə IOI (Beynəlxalq İnformatika Olimpiadası) qaydaları əsasında onlayn olaraq keçirilib. Məktəblilərə 5 alqoritmik məsələni 4 saat ərzində həll etmək, onun proqramını tərtib etmək və avtomatik qiymətləndirmə sistemi ilə sınaqdan keçirmə tapşırığı verilib.
Qeyd edək ki, yuxarı yaş qrupu üzrə 77 şagird isə (X və XI siniflər) eyni vaxtda ADA Universitetində yarışıblar.
![]()
![]()
![]()
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31