Salyanda mağazaların qənimləri tutlublar
Salyanda mağazaların qənimləri tutlublar
25 Fevral 2020 15:12 SosialSalyan rayonu ərazisindəki 2 mağazadan ərzaq və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. DİN-dən "Olaylar"a verilən məlumata görə, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 21-də rayon ərazisindəki 2 mağazadan ərzaq və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakinləri R.Eyvazzadə və K.Məmmədova saxlanılıblar. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 4 avtomobildən akkumulyator, radiatorun qapağı, maqnitofon, ehtiyat təkəri və oturacaq üzlükləri oğurlaması da müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31