Biləsuvar sakini narkotik satarkən yaxalanıb

Biləsuvar sakini narkotik satarkən yaxalanıb

Biləsuvar rayonu ərazisində rayon sakini narkotik vasitələri satarkən saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə,  Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu ərazisində rayon sakini R.Rəsulov 284 qramdan artıq heroini və 26 qramdan artıq metamfetamini satarkən saxlanılıb. Şəxsi axtarış zamanı ondan əlavə olaraq 253 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31