Əcnəbinin pulunu oğurlayan tutulub
Əcnəbinin pulunu oğurlayan tutulub
25 Fevral 2020 15:07 SosialƏcnəbi vətəndaşın cibindən 300 manatını oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, fevralın 21-də Səbail RPİ-nin 8-ci Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş yaşadığı otellərin birində cibindən 300 manatının oğurlandığını bildırib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Zərdab rayon sakini A.Abışlı polis əməkdaşları tərəfindən saxlanılmış və törətdiyi əməli etiraf etmişdir. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31