Qlobal Fond nümayəndələri ilə Penitensiar xidmətdə görüş keçirilib

Qlobal Fond nümayəndələri ilə Penitensiar xidmətdə görüş keçirilib

Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Qlobal Fondun Regional Portfolio Meneceri cənab Dumitru Latiçevskinin başçılıq etdiyi nümayəndə heyəti Penitensiar xidmətdə qəbul edilib. "Olaylar" xəbər verirb ki, Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənov vərəm və İİV/QİÇS layihələrinin penitesniar müəssisələrdə tətbiqi ilə bağlı həyata keçirilmiş işlər barədə ətraflı məlumat verib. Penitensiar müəssisələrdə vərəmin diaqnostikası üzrə laboratoriyaların beynəlxalq tələblərə uyğun təkmilləşdirildiyi, flüoroqrafik qurğularla təchiz olunduğu, tibb əməkdaşları üçün vərəm və İİV/QİÇS mövzusunda silsilə təlimlər keçirildiyi, məlumat xarakterli çap materiallarının nəşr olunub paylanıldığı diqqətə çatdırılıb. Penitensiar müəssisələrdə saxlanılan xüsusi kontingent arasında vərəm üzrə göstərici kəskin şəkildə azaldığı bildirilib. Tədbirdə həmçinin qonaqlar Penitensiar xidmətin tabeçiliyində olan istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrində narkotik maddələrin zərəri ilə bağlı fərdi profilaktika, maarifləndirmə işinin aparılması, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinə xüsusi önəm verilməsi barədə məlumatlandırılmışlar. Nazir müavini penitensiar müəssisələrdə "Metadonla əvəzedici dəstəkləyici terapiya" Proqramının tətbiqi imkanları barədə fikirlərini bildirmiş, bu müalicə üsulunun tətbiqinin uğurla həyata keçirilməsi üçün bir sıra normativ hüquqi sənədlərdı dəyişikliklərin edilməsinin zəruriliyini qeyd edib.

Səmimi qəbula və əməkdaşlığa görə Penitensiar xidmət rəhbərliyinə minnətdarlığını bildirən Qlobal Fondun meneceri cənab Dumitru Latiçevski Respublikamızın vərəm və QİÇS-lə mübarizədə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirdiyini, ölkəmizin bu sahədə beynəlxalq təşkilatlarla, o cümlədən Qlobal Fondla əməkdaşlığını təqdirəlayiq hal olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, bu sahədə maliyyə vəsaitlərinin ayrılması davam etdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31