AƏSMA-da icbari tibbi sığorta ilə bağlı tədbir keçirilib
AƏSMA-da icbari tibbi sığorta ilə bağlı tədbir keçirilib
25 Fevral 2020 13:22 SosialAzərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında "İcbari tibbi sığorta üzrə məlumatlılığın artırılması" mövzusunda maarifləndrimə tədbiri keçirilib. Akademiyadan "Olaylar"a bildirilib ki, tədbiri giriş sözü ilə açan akademiyanın tədris və elmi işlər üzrə prorektoru Fəhrad Möhbalıyev iştirakçılara icbari tibbi sığortanın ölkəmiz üçün vacib olduğunu bildirib. Agentliyin əməkdaşları Nurlan Məmmədov və Vüsal Əzizov icbari tibbi sığortanın məqsədi, mərhələli tətbiqi, icbari tibbi sığorta haqları, Xidmətlər Zərfi, müştərək maliyyələşmə məbləği, tibbi ərazi bölmələri haqqında təqdimatla çıxış edib. Tədbir sual cavab sessiyası ilə yekunlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31