Aynişan Quliyeva bal ayında problemlə üz-üzə: “Boğuluruq…” - Foto
Aynişan Quliyeva bal ayında problemlə üz-üzə: “Boğuluruq…” - Foto
25 Fevral 2020 13:19 SosialƏməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva bal ayına getdiyi İndoneziyada problem yaşayıb.
Fitness məşqçisi Kənan Əliyev ilə ailə quran Aynişan Quliyeva İnstaqramda bu sözləri yazıb:
"Hamı soruşur ki, bu qədər yaşıllıq olan yerdə oksigen çatışmazlığı ola bilər? Bəli, boğuluruq. Çünki hava çox rütubətlidir, boğanaqdır. Hələ dərindən nəfəs ala bilməmişik.
Amma düşündük ki, bu səfər nəfəs almasaq da olar. Başımızı qatırıq ki, nəfəs ala bilməməyimiz yadımıza düşməsin".
Qeyd edək ki, cütlük İndoneziyada yerləşən Bali adasına bal ayına gediblər.



teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31