Mağazanı qarət edən şəxs ələ keçib
Qubada mağazalardan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
25 Fevral 2020 13:04 SosialQubada mağazalardan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumatda bildirilib ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda mağazalardan oğurluqlar etməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də eyni əmələ görə altı il həbs olunmuş Aydın Məhərrəmov saxlanılıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayəti etiraf edərək, dəfələrlə mağazalardan oğurluqlar etdiyini bildirib. Saxlanılan şəxs məsuliyyətə cəlb olunub. Onun digər cinayət hadisələrinin iştirakçısı olub-olmaması araşdırılır.