Ziyəddin Kazımov: “Ölkədə heç bir qorxulu vəziyyət yoxdur”
Ziyəddin Kazımov: “Ölkədə heç bir qorxulu vəziyyət yoxdur”
25 Fevral 2020 12:55 Sosial"Hazırda Azəraycan ərazisində epidemioloji vəziyyət stabildir". Bunu Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov ölkədə koronavirusla bağlı aparılan profilaktik tədbirlərdən danışarkən deyib. Bildirib ki, hazırda ölkədə heç bir qorxulu vəziyyət yoxdur: "Hazırda ölkə ərazisində epidemioloji durum stabildir. Heç bir qorxulu yoluxucu xəstəlik aşkar olunmamışdır. Hər il olduğu kimi mövsümü karakter daşıyan dezinfeksiya tədbirləri həyata keçirilir. Əsas da məktəbəqədər müəssisələrdə, məktəblərdə və eyni zamanda əhalinin kütləvi toplaşdığı yerlərdə güclü dezinfeksiya tədbirləri həyata keçirilir".
Ziyəddin Kazımov əlavə edib ki, Səhiyyə Nazirliyinin 2019-cu il müvafiq əmrinə əsasən koronavirusun profilaktikasına dair nəzrətin gücləndirilməsi barədə işlərin aparılması ilə bağlı ölkə ərazisində görülən dezinfeksiya işlərinə nəzarət daha genişləndirilib və artırılıb. O, qeyd edib ki, hal-hazırda Səhiyyə Nazirliyin Sanitar-Epidemiologiya Mərkəzinin gündəmində bununla bağlı işlər görülür.