Yaz fəsli Azərbaycana martın 20-si saat 07:49-da qədəm qoyacaq
Yaz fəsli Azərbaycana martın 20-si saat 07:49-da qədəm qoyacaq
25 Fevral 2020 12:23 SosialYaz fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlanıb.
Olaylar.az bildirir ki, AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, f.ü.f.d. Xıdır Mikayılovdan aldığımız məlumata görə, 2020-ci ildə yaz fəsli Azərbaycana martın 20-si Bakı vaxtı ilə saat 07:49-da daxil olacaq.
Alim bildirib ki, bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək və həmin andan şimal yarımkürəsində yaz fəsli başlanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31