"Diplomatiya könüllüləri" Memorial Soyqırımı Muzeyində olublar

"Diplomatiya könüllüləri" Memorial Soyqırımı Muzeyində olublar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq elan olunmuş "Könüllülər ili" çərçivəsində Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olan "Xocalı soyqırımı" barədə məlumatlılığın artırılması,  Xocalıda törədilən qətliama dair sənədlərlə tanışlıq və Xocalıda baş verənlərin soyqırım aktı olmasının hüquqi bazasına yiyələnmək məqsədilə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən "Diplomatiya könüllüləri" qrupunun üzvlərinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yerləşən Memorial Soyqırımı Muzeyinə səfəri baş tutub. XİN-dən "Olaylar"a verilən məlumata görə, muzeydə "Diplomatiya könüllüləri" Xocalı soyqırımı ilə bağlı sənədlər, tibbi-ekspertiza rəyləri ilə tanış olaraq hadisələrə hüquqi çərçivədən baxmaq imkanı qazanmışdırlar. Eksponatlarla tanışlıqdan sonra Xocalı soyqırımının canlı şahidlərinin dilindən hadisələrin təsvir edildiyi video nümayiş olunub. Sonda "Diplomatiya könüllüləri" muzeyin Xatirə kitabında təəsüratlarını yazmış və bu kimi səfərlərin gənclərimizin öz tarixinə olan bağlılığının artırılması və vətənpərvər Azərbaycan gəncliyinin formalaşması istiqamətində mühüm rol oynadığını qeyd etmişlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31