Birinci xanım əməkdar artistin xərclərini öz üzərinə götürdü

Birinci xanım əməkdar artistin xərclərini öz üzərinə götürdü

"Vəziyyətim yaxşı deyil, amma çox gözəl xəbər eşitdim. Xəstəxananın xərclərini Heydər Əliyev Fondu üzərinə götürüb. Sənət adamına qiymət verilində onun sevincinin həddi-hüdudu olmur. Heydər Əliyev Fonduna təşəkkür edirəm".

Bu sözləri Teleqraf.com-a açıqlamasında əməkdar artist Rəhman Rəhmanov deyib.

Hazırda Bakı Sağlamlıq Mərkəzində müalicəsinə davam edən aktyor ikinci dəfə əməliyyat olunacağını da bildirib: "İkinci əməliyyata hazırlaşıram, amma həkimlər hələ ki, risk etmirlər. Öd kisəm bütün bədənimi zəhərləmişdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31