İrandan Azərbaycana gələn 2 nəfər xəstəxanaya yerləşdirildi - KORONAVİRUS ŞÜBHƏSİ
İrandan Azərbaycana gələn 2 nəfər xəstəxanaya yerləşdirildi - KORONAVİRUS ŞÜBHƏSİ
24 Fevral 2020 16:02 SosialKoronavirus şübhəsi ilə 1 saylı Kliniki Mərkəzə daha iki nəfər gətirilib.
Mərkəzdən Trend-ə verilən məlumata görə, həmin şəxslər bu gün səhər saatlarında Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.
Həmin şəxslərdən biri İranın Astara rayonunda işləyən Azərbaycan vətəndaşı, digəri isə Azərbaycana səfər edən İran vətəndaşıdır: "Hər iki şəxs mərkəzə qəbul olunaraq müayinə edilib, koronavirus əlamətləri aşkar edilməyib. Gətirilən şəxslərdən birinin hərarəti 37,1 , digərində isə 37,3 dərəcə olub. Hər iki şəxs karantin nəzarətinə götürülüb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31