“Mersedes” vuran piyada hadisə yerində ölüb
“Mersedes” vuran piyada hadisə yerində ölüb
24 Fevral 2020 15:54 SosialHacıqabul rayonunun Padar qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, fevralın 23-də saat 19 radələrində Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisində Gəncə şəhər sakini S.Muqumov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Şamaxı rayon sakini Fikrət Xəlilovu vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31