Avtomobil vuran piyada xəstəxanada ölüb
Avtomobil vuran piyada xəstəxanada ölüb
24 Fevral 2020 15:53 SosialFevralın 22-də saat 21 radələrində Yasamal rayonunun A.M.Şərifzadə küçəsində Bakı şəhər sakini F.Fətullazadə idarə etdiyi "Lada Priora" markalı avtomobillə yolu keçən Bərdə rayon sakini Tahir Məmmədovu vurub. DİN-dən "Olaylar"a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilmiş piyada fevralın 23-də saat 7 radələrində orada ölüb. Yasamal RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31