51 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

51 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

2019-cu ilin əvvəlindən ölkəmizdə pensiyaların, ötən ilin son aylarında isə müavinət və təqaüdlərin, ümumilikdə 21 sosial təminat növünün avtomatlaşdırılmış qaydada təyinatı sistemləri işə salınıb. Əmək və Əhalinin Soaial Müdafiəsi Nazirliyindən "Olaylar"a verilən məlumata görə, ötən dövrdə bu e-sistemlər vasitəsilə  51 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyinatı həyata keçirilib. Onlardan 17800-nə e-qaydada pensiya, 33200-nə isə müavinət və təqaüd təyin edilib. Beləliklə, həmin şəxslərin hansısa quruma müraciət etməsinə və sənəd təqdim olunmasına ehtiyac olmadan onlara proaktiv şəkildə, e-qaydada pensiya, müavinət və təqaüd təyin olunub. Yaradılmış e-təyinat sistemləri il ərzində  sosial təminat növləri üzrə 200 minədək təyinatın  elektron şəkildə həyata keçirilməsinə imkan verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31