Azərbaycanda koronavirusla bağlı səs yayan həkim tutuldu – Təcili
24 Fevral 2020 11:26 SosialAzərbaycanda koronavirusun yayılması haqqında sosial şəbəkələrdə dezinformasiya yayan həkimin kimliyi bəlli olub.Haqqın.az xəbər verir ki, koronavirusa yoluxan şəxslərin Mərkəzi Klinik Xəstəxanaya yerləşdirildiyi iddia olunan səs yazısını yayan həkim hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.Həkim ilkin ifadəsində sadəcə, zarafat etmək məqsədilə belə şayiə yaydığını bildirib. Tibb işçisinə heç bir əsası olmayan informasiyanı yaydığı üçün daşıdığı məsuliyyət barədə xəbərdarlıq edilib və o, sərbəst buraxılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31