Çində koronavirusdan ölənlərin sayı 2347-yə çatdı
22 Fevral 2020 09:39 SosialÇində yeni tip koronavirus (Covid-19) səbəbindən ölənlərin sayı 2347 nəfər çatıb.
"Anadolu" agentliyi xəbər verir ki, virusa yoluxanların sayı isə 76 min 288 nəfərdir.
Onlardan 11 min 477 nəfərin vəziyyəti ağırdır.
Ümumilikdə isə 113 min 564 nəfər müşahidə altındadır.
Bu günə qədər xəstəlikdən sağalaraq evə buraxılanların sayı isə 20 mini ötüb.
Qeyd edək ki, koronavirus ilk dəfə ötən ilin 12 dekabrında Çinin Uhan şəhərində qeydə alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31