Əməkdar artist xəstəxanaya yerləşdirilib
Əməkdar artist xəstəxanaya yerləşdirilib
21 Fevral 2020 18:10 SosialƏməkdar artist Rəhman Rəhmanovun vəziyyəti ağırlaşıb.
Olaylar.az yenicag.az-a istinadən xəbər verir ki, aktyor 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
R.Rəhmanov səhhətinin yaxşı olmadığını bildirib:
"Məni dünən ağır vəziyyətdə xəstəxanaya çatdırıblar. Həkimlər hələ dərdimi tapa bilmir. Analizlər götürülüb, müayinələr aparılıb. İlkin diaqnoz olaraq, mədəaltı vəzimdə problem olduğunu deyilib. Ancaq xəstəliyim tam dəqiqləşdirilməyib. Ağrılardan ölürəm. Vəziyyətim yaxşı deyil".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31