Sahil Babayev özünüməşğulluq proqramının iştirakçıları ilə də görüşüb

Sahil Babayev özünüməşğulluq proqramının iştirakçıları ilə də görüşüb

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Hacıqabul rayonunda özünüməşğulluq proqramının iştirakçıları ilə də görüşüb. Nazirlikdən "Olaylar"a bildirilib ki, S.Babayev proqram çərçivəsində onlar üçün yaradılmış kiçik müəssisələrə (istixana, qapı-pəncərə sexi, şirniyyat sexi və s.) baxış keçirib. Proqram iştirakçıları kiçik biznesə çıxış imkanlarına malik olmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə edib, bu imkandan səmərəli istifadə edərək müəssisələrini inkişaf etdirmək əzmində olduqlarını bildiriblər. Qeyd olunub ki, son bir ildə nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramı çərçivəsində Hacıqabul rayonunda 133 aztəminatlı ailəyə lazımi mal və materiallar verilməklə onlar üçün kiçik müəssisələr  yaradılıb. Eyni zamanda, rayonda ötən il 1000-ə yaxın şəxs Dövlət Məşğulluq Xidməti tərəfindən münasib işlə təmin edilib, "İşsizin DOSTu" proqramı çərçivəsində rayonda 350  işsiz və işaxtaran şəxsin isə ödənişli ictimai işlə təminatı həyata keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31