Zavod direktorunun otağını qarət etdi

Zavod direktorunun otağını qarət etdi

Bakıda çörək zavodunun direktorunun otağından qeyri-aşkar şəraitdə oğurluq edən şəxs saxlanılıb. "Olaylar" xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, yanvarın 11-də Yasamal rayon ərazisində yerləşən çörək sexinin direktorunun xidməti otağından 4 min manat pulun oğurlaması barədə "102 Zəng Xidməti"nə müraciət daxil olub. Həmin müraciət əsasına Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər CM-nin 177, 180, 185 -ci maddələri ilə məhkum olunmuş Bakı şəhər sakini, 1997-ci il E. Həsənov müəyyən edilərək saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31