Polis azyaşlıya zor tətbiq edilməsini araşdırır

Polis azyaşlıya zor tətbiq edilməsini araşdırır

Sosial şəbəkələrdə yayılan məlumat üzrə Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsində müvafiq araşdırmalar aparılıb, avtomobil tərəfimizdən aşkarlanıb. Bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, həmin şəxslər müəyyən olunaraq Yasamal RPİ 29-cu Polis Şöbəsinə dəvət olunaraq izahatları alınıb. Tərəflər aralarında yaranan mübahisənin şəxsi məsələ olduğunu vurğulayaraq, şikayətləri olmadığını bildiriblər. Faktla bağlı Yasamal RPİ 29-cu Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir. Xatırladaq ki, Bakıda naməlum şəxs qadın və azyaşlıya zor tətbiq etməsi barədə sosial şəbəkədə məlumat yayılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31