Daha bir qurum akreditasiya edilib
Daha bir qurum akreditasiya edilib
21 Fevral 2020 15:25 SosialAzərbaycan Akkreditasiya Mərkəzi tərəfindən Aqrar Xidmətlər Agentliyinin (AXA) Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Mərkəzi laboratoriyasının akkreditasiya olunması üçün qiymətləndirmə aparılıb və uyğunluğu qiymətləndirən qurumun tələblərinə cavab verdiyi müəyyən olunub. Agentlikdən "Olaylar"a bildirilib ki, Azərbaycan Akkreditasiya Mərkəzinin "Uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə" 05.02.2020-ci il tarixli 0600-20 UQQA №-li qərari ilə Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Mərkəzi laboratoriyası akkreditasiya edilib. AXA-dan bildirilib ki, Laboratoriya, Ekspertiza və Sertifikatlaşma Mərkəzinin Mərkəzi laboratoriyası toxum, torpaq, bitki və suvarma sularının sınağının həyata keçirilməsi üçün AZS İSO/İEC 17025:2009 "Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər" standartına uyğun akkreditasiya olunub.