Əqli Mülkiyyət Agentliyi mindən çox müraciətə baxıb
Əqli Mülkiyyət Agentliyi mindən çox müraciətə baxıb
21 Fevral 2020 15:24 Sosial2019-cu il ərzində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Aparatına və Agentliyin tabeliyində olan qurumlara ümumilikdə 1049 vətəndaş müraciəti (onlardan 165-i elektron formada) daxil olub. Agentlikdən "Olaylar"a bildirilib ki, müraciətlərin Agentlikdə hərəkəti daxili elektron sənəd dövriyyəsi sistemi ilə təşkil edilmiş, onların icrasına ciddi riayət olunub. Agentliyə daxil olan müraciətlərin 782-si əsərlərin qeydiyyatı, 147-si sənaye mülkiyyəti, 38-i müəllif hüquqları, 38-i əqli mülkiyyət sahəsi üzrə sorğular, 4-ü qonorar və 40-ı digər mövzülar ilə bağlı olub. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb və onların həlli istiqamətində zəruri tapşırıqlar verilib.