Oqtay Şirəliyev İmişlidə vətəndaşları qəbul edəcək
Oqtay Şirəliyev İmişlidə vətəndaşları qəbul edəcək
21 Fevral 2020 15:04 SosialAzərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 21 fevral 2020-ci il tarixdə saat 11:00-da İmişli Rayon Mərkəzi Xəstəxanasında vətəndaşları qəbul edəcək. Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən "Olaylar"a bildirilib ki, nazir Saatlı və İmişli rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq. Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar İmişli Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31