Naxçıvanda dəhşətli hadisə - 3 NƏFƏR ÖLDÜ

Naxçıvanda dəhşətli hadisə - 3 NƏFƏR ÖLDÜ

Fevralın 20-də saat 12 radələrində Naxçıvan şəhəri ərazisində dəhşətli yol qəzası baş verib.

Daxili İşlər Nazirliyi xəbər verir ki, Babək rayon sakinləri N.Rəhimovun idarə etdiyi "VAZ-21074" və Ə.Məmmədovun idarə etdiyi "QAZel" markalı avtomobillər toqquşub.

Nəticədə R.Rəhimov və sərnişinləri Çəmən Hüseynova, oğlu T.Hüseynov, gəlini Tünzalə Hüseynova və nəvəsi, 1 yaşlı Allahverdi, habelə Ə.Məmmədovun sərnişini olan arvadı A.Məmmədova xəstəxanaya yerləşdirilmişlər. Ç.Hüseynova, T.Hüseynova və azyaşlı orada ölüb.

Naxçıvan ŞPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31