Avtomobil qəzası Mingəçevirdə qaz problemi yaratdı
Avtomobil qəzası Mingəçevirdə qaz problemi yaratdı
21 Fevral 2020 12:30 SosialMingəçevir şəhərində qaz xəttini avtomobillə vuraraq zədələyiblər. "OLAYLAR" "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir ki, Mingəçevir şəhəri Bağlar massivi 13-cü Bağ küçəsini təbii qazla təmin edən diametri 89 mm-lik orta təzyiqli qaz xəttini və diametri 65 mm-lik siyirtməni minik avtomobili ilə vuraraq qırıblar. Bu səbəbdən 780 abonentin qaz təchizatında fasilə yaranıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31