Sevda: "Evlənəcəyim oğlanın "Rolls-Royce" maşını olmaya bilər"

Sevda: "Evlənəcəyim oğlanın "Rolls-Royce" maşını olmaya bilər"

Müğənni Sevda Yahyayeva verilişlərin birində qonaq olub. Proqramın aparıcısı-prodüser Tarix Əliyev (Tolik) ifaçıya şəxsi həyatı ilə bağlı suallar ünvanlayıb: "Sevda öz adını qoruyur. Elə xasiyyəti yoxdur ki, başqa müğənnilər kimi hərəkətlər etsin. Sevda, nə vaxt tərpənirsən? Ağ atlı, yoxsa ağ "Rolls-Royce"lu oğlan gözləyirsən?"

Onun bu sözlərinə sənətçi belə reaksiya verib: "Hərəkətdəyəm... Yaxşı insan gözləyirəm. Onun atı da, "Rolls-Royce" maşını da olmaya bilər. Əsas odur ki, düşüncəsi, ağlı, insanlığı olsun. 2020 cüt rəqəmdir, gözləyirəm. Amma hələ həyatımda heç kim yoxdur".

sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31