Narkotacir iş başında yaxalandı
Narkotacir iş başında yaxalandı
20 Fevral 2020 16:16 SosialNarkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini V.İbrahimov saxlanılıb. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən xəbərə görə, Sumqayıt ŞPİ 5-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş V.İbrahimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 3 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür. Ətrafında aparılmış tədbirlərlə onun ayrı-ayrı şəxslərə məxsus 4 "KamAZ" markalı avtomobildən akkumulyator oğurlaması da müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31