Aqrar məsləhət xidmətlərinin gücləndirilməsinə dair layihənin təqdimatı keçirilib

Aqrar məsləhət xidmətlərinin gücləndirilməsinə dair layihənin təqdimatı keçirilib

Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsinə dair layihənin təqdimatı keçirilib. Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a bildirilib ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi" layihəsi "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının əsas strateji prioritetlərinə uyğundur və ekoloji cəhətdən təmiz, effektiv və məhsuldar kənd təsərrüfatı istehsalı sisteminin qurulmasına xüsusi diqqət yetirir. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən həyata keçiriləcək sözügedən iki illik layihə kənd təsərrüfatı sahəsində mövcud və gələcək problemlərin həllinə dayanıqlı və davamlı formada daha çevik reaksiya verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə strategiyaların inkişaf etdirilməsi və məsləhət xidmətləri sisteminin birgə effektiv tətbiqi istiqamətində dəstək olmağı nəzərdə tutur. Bununla yanaşı, layihə çərçivəsində təlim, forum və platformaların təşkili Məsləhət Xidmətləri sahəsində potensialın inkişafına öz töhfəsini verəcək və kənd təsərrüfatı məhsullarının istehsalı və emalına  dair  "Strateji Yol Xəritəsi" ndə müəyyən edilmiş strateji hədəflərinə (strateji hədəf 5, prioritetlər 5.1 və 5.3) və 2020, 2025, 2030-cu illərə dair hökumətin strateji prioritetlərinə nail olmağa töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31