Məhkumlar üçün sosial maariflədirmə tədbirləri keçirilib
Məhkumlar üçün sosial maariflədirmə tədbirləri keçirilib
20 Fevral 2020 15:35 SosialAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ədliyyə Nazirliyi Penitensiar xidməti arasında 2020-ci il üçün təsdiq edilmiş birgə tədbirlər planına uyğun olaraq, azadlıqdan məhrum edilmiş şəxslərə sosial sahədə qanunvericlik bazası və aparılan işlər barədə məlumatların çatdırılması məqsədilə cəzaçəkmə müəssisələrində müxtəlif səpkili seminar və treninqlər keçirilməkdədir. Penitensiar xidmətdən "Olaylar"a verilən məlumata görə, Növbəti belə görüş 4 və 7 saylı cəzaçəkmə müəssisələrində cəza müddətlərinin bitməsinə 3 aydan az qalmış məhkumlar üçün təşkil edilmişdir.Tədbirdə Dövlət Sosial Müdafiə Fondunun və Penitensiar xidmətin məsul əməkdaşları iştirak etmişlər.
Mütəxəssislər tərəfindən Penitensiar müəssisələrdə cəza cəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında Qanun, sosial müdafiə normaları barədə məlumat verilmişdir. Məhkumların diqqətinə çatdırılmışdır ki, "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikasının Qanunu cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası, onlar tərəfindən törədilə biləcək yeni cinayətlərin qarşısının alınması məqsədi ilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər sistemini nəzərdə tutur. Bildirilmişdir ki, bu tədbirlər azad olunmuş şəxslərin qeydiyyata alınması, onlar üçün sosial adaptasiya mərkəzlərinin yaradılmasını, onlardan daimi yaşayış sahəsi olmayanların Qanunla müəyyən olunmuş müddətdə müvəqqəti yaşayış yeri ilə təmin edilməsini, həmçinin bu insanların peşə hazırlığı işinin təşkilini, onların işlə, tibbi və sosial yardımla təmin olunmasını əhatə edir. Sonda məhkumları maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.