Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbirlər keçiriləcək

Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbirlər keçiriləcək

Fevralın 26-sı ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində ilk dərs və məşğələlər Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünə həsr ediləcək. "OLAYLAR"-a Bakı Şəhəri Baş Təhsil İdarəsindən bildirilib ki,  bununla bağlı "Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı" təsdiq edilib.

Tədbirlər Planının təsdiq edilməsi barədə əmrə əsasən, ümumi təhsil məktəblərində Xocalı faciəsinə həsr olunmuş xatirə gecələri keçiriləcək, sənədli və bədii filmlər nümayiş ediləcək. Bundan başqa Xocalı soyqırımından bəhs edən divar qəzetləri, bülleten, fotostendlər və guşələr hazırlanacaq.

Eyni zamanda, təhsil müəssisələrinin müəllim və şagird kollektivi soyqırım şahidləri ilə görüşəcək, "Ana fəryadı" abidəsini ziyarət edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31