Elm adamları açıqladı: Stress saçları necə ağardır?
Elm adamları açıqladı: Stress saçları necə ağardır?
20 Fevral 2020 13:47 SosialYeni bir araşdırmada, həddindən artıq stressin saçın ağarmağını sürətləndirdiyi elmi olaraq təsdiqlənib.
Olaylar.az bildirir ki, siçanlar üzərində aparılan təcrübələrdə, stressə məruz qalan heyvanların tüklərinin ağardığı müşahidə olunub.

Bəs stress saçları necə ağardır?
Siçanlar üzərində aparılan bir təcrübədə, dərin bir stressin kök hüceyrələrinə və dərini idarə edən saç rənginə təsir etdiyi təsbit edildi. Müayinələr zamanı tünd saçlı bir siçanın bir neçə həftə ərzində tamamilə ağ rəngə çevrildiyi müşahidə edildi.
Prof. Hsu aaraşdırmaların nəticəsinin tez ağaran saçlar üçün bir həll yolu və müalicə üsulu olmadığını bildirib.
"Siçanlar üzərində edilən təcrübə, insan müdaxilələri üçün uzun bir səyahətin başlanğıcı idi. Araşdrıma stressin insan orqanizminin digər orqanlarına necə təsir göstərə biləcəyi barədə bizi məlumatlandırdı".