FTX Anar Məmmədovu həbs etdi
FTX Anar Məmmədovu həbs etdi
20 Fevral 2020 13:32 SosialFTX əməkdaşları Stavropol bölgəsində suriyalı silahlılara qoşulmaq üçün adam toplayan şəxsi həbs edib.
Olaylar.az Virtualaz.org-a istinadla xəbər verir ki, həmin şəxsin Azərbaycan vətəndaşı Anar Məmmədovun olduğu aşkar edilib. O, Rusiya vətəndaşları ilə sosial şəbəkələrdə yazışaraq, onları Suriyadakı qanunsuz silahlı dəstələrə qoşulmağa çağırıb.
"Məmmədov Rusiya Federasiyasının ərazisində qalmaq üçün Gürcüstan vətəndaşının saxta pasportundan istifadə edib", - mənbə bildirib.
Fevralın 5-də Rostov-Don Cənubi Rayon Hərbi Məhkəməsi Məmmədovu 14 il müddətinə azadlıqdan məhrum edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31