DTX icra başçısını rüşvət alarkən HƏBS ETDİ YENİLƏNİR
DTX icra başçısını rüşvət alarkən HƏBS ETDİ
20 Fevral 2020 13:20 SosialXəbər verdiyimiz kimi, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları Neftçala icra hakimiyyətinin binasına daxil olub.
Unikal.org-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, Neftçalanın icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev rüşvət alarkən DTX tərəfindən həbs edilib.
Qeyd edək ki, Neftçala icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev Azərbaycan Respublikasının ilk Baş Prokuroru İsmət Qayıbovun bacısı oğludur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31