Piyadanı vurub qaçan sürücü yaxalanıb
Piyadanı vurub qaçan sürücü yaxalanıb
20 Fevral 2020 12:34 SosialBakıda piyadanın vurulması ilə nəricələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Belə ki, fevralın 19-da saat 08:00 radələrində Nəsimi rayonu, 20 Yanvar küçəsində riyada keçidində naməlum avtomobil Bakı şəhər sakini V. Ələkbərovanı vuraraq hadisə yerindən qaçıb. Xəstəxanaya çatdırılan yaralıya tibbi yardım göstərilib. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V. Ələkbərovanı vuraraq hadisə yerindən qaçan 1990-cı il təvəllüdlü N. Cəfərov "Reno" markalı avtomobili ilə müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31