Qazaxıstanda uşaqlıq dövründə patronaj xidmətlər məsələsi müzakirə edilib

Qazaxıstanda uşaqlıq dövründə patronaj xidmətlər məsələsi müzakirə edilib

17-21 fevral tarixlərində Qazaxıstan Respublikasının Kızıl Orda vilayəti və Nur-Sultan şəhərlərində uşaqlıq dövründə patronaj xidmətlərinin təkmilləşdirilməsi mövzusunda təcrübə mübadiləsi həyata keçirilir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a bildirilib ki, tədbirin keçirilməsində məqsəd uşaqlıq dövründə patronaj xidmətlərinin təkmilləşdirilməsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsidir. UNICEF-in təşkilatçılığı ilə keçirilən təcrübə mübadiləsində ölkəmizi Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova, 2 nömrəli Bakı Baza Tibb Kollecinin Tədris-Tərbiyə işləri üzrə direktor müavini Vəfa Əliyeva, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyinin nümayəndələri təmsil edirlər. Keçirilən görüşlər zamanı uşaqlıq dövründə patronaj xidmətlərinin təkmilləşdirilməsi barədə fikir mübadiləsi aparılıb. İştirakçılar Baza Tibb Kolleci, Vilayət Xəstəxanası, poliklinika və tibb məntəqələrini gəzərək yaradılan şərait və treninq mərkəzləri ilə tanış olublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31