“Mersedes” maneyə çırpıldı- 1 nəfər öldü, 3-ü xəsarət aldı

“Mersedes” maneyə çırpıldı-1 nəfər öldü, 3-ü xəsarət aldı

Gəncə şəhəri ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölmüş, 3 nəfər xəsarət alıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, fevralın 18-də saat 18 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini S.Həsənov idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarındakı maneəyə vurub. Onun sərnişinlərindən həmyerlisi Ramin Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb, özü və 2 sərnişini xəstəxanaya yerləşdirilib. Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31