Bakı sakininin çantasını oğurlayıb qaçan yaxalanıb

Bakı sakininin çantasını oğurlayıb qaçan yaxalanıb

Paytaxt sakini X.Bərdazinin çantasını oğurlamaqda şübhəli bilinən şəxs tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 16-da paytaxt sakini X.Bərdazinin içərisində 220 manat, 120 ABŞ dolları və 200 dirhəm pul olan çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ş.Qarayev saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31