Xəzər rayonunda inək oğrusu ələ keçib
Xəzər rayonunda inək oğrusu ələ keçib
19 Fevral 2020 16:23 SosialXəzər rayonu ərazisində 7 baş inəyi otlaq sahəsindən oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Quliyevə, A.Piriyevə və X.Əsədova məxsus 7 baş inəyi otlaq sahəsindən oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Həsənov saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Türkan qəsəbəsində qəsəbə sakini E.Yusibova məxsus 1 baş inəyi otlaq sahəsindən oğurlanası da müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31