BMU tələbələri “Əsgərə salam” aksiyasına qoşulublar
BMU tələbələri “Əsgərə salam” aksiyasına qoşulublar
19 Fevral 2020 16:20 SosialBakı Mühəndislik Universitetinin (BMU) tələbələri Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2020-ci il yanvarın 17-də start verdiyi "Əsgərə salam" aksiyasına qoşulublar. Olaylar.az xəbər verir ki, aksiyanın məqsədi "Könüllülər ili"ndə gənc könüllülərlə birlikdə cəmiyyətin müxtəlif təbəqələrinin Ali Baş Komandana yüksək etimadını və inamını, Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini bir daha nümayiş etdirməkdir.
BMU tələbələri universitetin müxtəlif məkanlarından igid əsgərlərimizə salam göndərərək, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə həmrəy olduqlarını nümayiş etdiriblər.
![]()
![]()
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31