Şəmkirdə silah-sursat tapılıb
Şəmkirdə silah-sursat tapılıb
19 Fevral 2020 16:02 SosialŞəmkir rayonunun Yuxarı Seyfəli kəndi ərazisində tapılmış silah-sursat ANAMA-nın əməkdaşlarına təhvil verilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, DİN-in "102" Zəng Mərkəzinə müraciət edən Şəmkir rayonunun Yuxarı Seyfəli kənd sakini A.Həsənov Qasımalılar kəndi ərazisində 8 ədəd "F-1" və 20 ədəd "UZRQM" markalı qumbara, 1 ədəd top mərmisi və 340 ədəd patron tapması barədə məlumat verib. Dərhal Şəmkir RPŞ-nin əməkdaşları hadisə yerinə gəlmiş, qeyd edilən hərbi sursatları ANAMA-nın əməkdaşlarına təhvil veriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31