Ali məktəblərə və kolleclərə sənəd qəbulunun vaxtı açıqlandı
Ali məktəblərə və kolleclərə sənəd qəbulunun vaxtı açıqlandı
19 Fevral 2020 14:36 SosialDövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə (kolleclər) sənəd qəbulunun vaxtını açıqlayıb. DİM-dən "Olaylar"a bildirilib ki, ali təhsil müəssisələrinə qəbul imtahanları üçün ərizə qəbulu (I - V qruplar) martın 16-dan aprelin 14-dək aparılacaq. Kolleclərə tam (11 illik) orta təhsil bazasında sənəd qəbulu martın 16-dan aprelin 14-dək, 9 illik orta təhsil bazasında isə fevralın 21-dən martın 11-nə kimi aparılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31