Zərdabda vətəndaş qəbulu keçiriləcək
Təhsil nazirinin müavini Firudin Qurbanov fevralın 28-də Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində 2020-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ucar və Zərdab rayon sakinlərini qəbul edəcək
19 Fevral 2020 13:15 SosialTəhsil nazirinin müavini Firudin Qurbanov fevralın 28-də Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində 2020-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ucar və Zərdab rayon sakinlərini qəbul edəcək. Nazirlikdən "OLAYLAR"-a bildirilib ki, qəbulda Ucar və Zərdab rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar 19-26 fevral (saat 18:00-dək) 2020-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının "Vətəndaşların qəbulu" bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.